Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimlər başladı

07-11-2017 / 11:58

Dünəndən etibarən “Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri” layihəsinə başlanıb

Bu barədə Xeberler.az-a layihənin rəhbəri Turanə Qasımova məlumat verib.

Turanə Qasımova bildirib ki, layihənin məqsədi nitq və eşitmə imkanları məhdud şəxslərə İKT sahəsində təlimlərin keçirilməsi, bu sahədə gələcəkdə peşakar səviyyədə çalışmaq istəyən şəxslərə dəstə  və onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır.

Onun sözlərinə görə, layihədə nitq və eşitmə imkanları məhdud 16-30 yaş arası İKT sahəsinə marağı  olan 20 gənc xanım iştirak edir:

“2 təlimdən ibarət olacaq layihədə gənclərə kompüter bilikləri haqqında ümumi məlumat, ofis proqramları, qrafik dizayn, kodlaşdırma, kibertəhlükəsizlik, robot texnologiyası, e-hökumət və s. təlimlər keçiriləcək”.

Turanə Qasımova qeyd edib ki, layihənin sonunda tədris proqramını uğurla bitirən gənclər sertifikatla təltif olunacaq:

“Eyni zamanda, təlimlər bitdikdən sonra müəyyən tapşırıqlar əsasında iştirakçıların qiymətləndirilməsi aparılacaq və ən yaxşı nəticə göstərən qızlar müxtəlif şirkətlər tərəfindən iki aylıq təcrübə proqramına cəlb olunacaq”.

Layihəyə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllülər” Təşkilatı, E-hökumət Təlim-Tədris Mərkəzi, STEP IT Academy Azerbaijan və Femmes Digitales - Azərbaycan Qadınlarının İKT klubu təşkilatı dəstək verir.

 

 

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.