No More Heroes 2 oyunu 2010-cu ildə çıxacaq

21-10-2008 / 19:54

Grasshopper yapon studiyasından olan No More Heroes 2 oyununun amerikalı həvəskarlarını məyus ediblər. Yerli istehsalçılar layihəni Wii üçün yalnız 2010-cu ilin yanvarından buraxmaq fikrindədirlər. Avropada isə bu “qanlı” əyləncə daha gec – fevralda, ya da martda çıxacaq. Yaponiyada nə vaxt təqdim olunacağı bəlli deyil. Amma güman etmək olar ki, burada oyun Qərbə nisbətən tez işıq üzü görəcək.

No More Heroes 2-nin dizayneri Qoiçi Sudanın sözlərinə görə, oyunun əsas mövzusu qisasdır. Xbox 360 üçün versiyalar nəzərdə tutulmayıb.
Qeyd edək ki, original No More Heroes 2007-ci ildə çıxmışdı və yapon layihələri içərisində ən sərt və qeyri-adi oyun idi.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə