"Nokia" ilə "Yahoo!" anlaşdı

26-05-2010 / 12:56

“Nokia” və “Yahoo!” onlayn servislər sahəsində əməkdaşlığa başladıqlarını elan edib. Şirkətlər elektron poçt, ani ismarıc mübadiləsi, kartlar, eləcə də naviqasiya servisləri üzrə bir-birini tamamlayacaq.

Əməkdaşlıq çərçivəsində “Nokia” Ovi kartlarına “Yahoo!”nun xüsusiyyətlərini inteqrasiya etməklə, “Yahoo!” kartlarının eksklüziv qlobal təchizatçısı olacaq. “Yahoo!” isə öz növbəsində “Nokia”nın Ovi poçtu və çatlarının eksklüziv provayderi olmaq hüququnu qazanır.

Bundan əlavə, razılığa gələn iki böyük şirkət hər birinin servislərinə çıxışın asanlaşdırılması məqsədilə istifadəçilərin vahid identifikasiya texnologiyasının işlənib hazırlanması barədə düşünür.

mənbə: ANSPRESS


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə