Nokia N85 haqda məlumatlar

04-11-2008 / 11:56
Nokia şirkəti N85 telefonu ilə tanış olmayanlar üçün geniş məlumat verməyi qərara aldı. Artıq dəqiq məlumdur ki, telefon Carl Zeiss optikası ilə 5 meqapikselli kamera, ikilik diod işıqlanma, avtofokus və videoyazma imkanı, FM-transmitteri, microSD fleş-kart üçün yer, 3,5 mm ayırıcısı və TV-out-la təchiz olunub.
Lakin bu hələ hamısı deyil. GPS-çipset, üçüncü nəsl şəbəkələrinin dəstəklənməsi modulu, şəkillərin və Symbian əməliyyat sisteminin sonuncu versiyası - 9.3-ün geotagginq (şəkilləri, təsvirləri şəbəkədə yerləşdirərkən onlara müəyyən ad, açar soz qoyma) imkanı var. Nokia söz verir ki, yeni model danışıq rejimində 7 saat, gözləmə rejimində 363 saat işləyəcək. Belə məlumat da var ki, musiqi dinləmə rejimində N85 25 saat işləyə bilir.
Telefonun təqdim edildiyi gün qiymət 665 dollara bərabər idi.
Qeyd edək ki, Nokia N85 oktyabrın ortalarında satışa buraxılmışdı.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə