Nokia-nın ən bahalı telefonu- 750 avro

26-02-2018 / 11:31

Hazırda davam edən Mobil Dünya Konqresində Nokia şirkəti aktivliyi ilə seçilir.

Xeberler.az xarici mediaya istinadən bildirir ki, Nokia 6, 7 Plus smartfonlarının yeni versiyasını da təqdim edib.

Belə ki, Android One proqramına daxil edilmiş bu qurğular Android sisteminin idarəetməsi altında işləyir və müntəzəm olaraq sistem yeniləmələri əldə edəcək.

Şirkət, həmçinin qabaqcıl Nokia 8 Sirocco smartfonunu təqdim edib.

Nokia 7 Plus smartfonu 2160x1080 piksel təsvir ölçülü və tərəflər nisbəti 18:9 olan 6 düymlük ekran, 12 və 13 meqapiksellik ikiqat əsas kamera, Qualcomm Snapdragon 660 prosessoru və 4 QB-lıq əməli yaddaşla təchiz edilib.

Apreldə satışa çıxarılacaq bu smartfonun qiyməti 400 avro təşkil edəcək.

Təqdim edilmiş smartfonlar arasında ən bahalı cihaz Nokia 8-dir. Sözügedən qurğu 2560x1440 piksel təsvir ölçülü və tərəflər nisbəti 16:9 olan 5,5 düymlük kənarları dairəvi ekrana malikdir.

Smartfon Qualcomm Snapdragon 835 prosessoru, 6 QB-lıq əməli yaddaş və 128 QB-lıq daxili  yaddaşla təchiz edilib.

Qurğunun qiyməti 750 avro təşkil edir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə