Nokia-nın ilk Android telefonu satışda-Qiymət

08-01-2017 / 12:38

Məlumat verdiyimiz kimi, Nokia mobil telefon sektoruna geri döndüyü açıqladı.

Şirkət elan etdi ki, HMD Global adlı firmanın dəstəyi ilə Android əməliyyat sistemli yeni cihazını təqdim edəcək.

Məlumatlara görə, bu il şirkət 6-7 telefonunu tanıdacaq.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Nokia ilk Android telefonunu rəsmi olaraq satışa çıxarıb.

İlk olaraq Çində satışa çıxarılan Nokia 6-nın özəllikləri:

  • 5.5 düyümlü2.5D curvel Full HD ekran
  • Snapdragon 430 prosessor
  • 4GB RAM
  • 64GB daxili yaddaş sahəsi (microSD dəstəyi)
  • İki Sim-Kart xüsusiyyəti
  • 16MP arxa kamera
  • 3000mAh batareya
  • Dolby Atmos stereo səsgücləndirici, Bluetooth 4.1, LTE
  • Android 7.0 Nougat əməliyyat sistemi

552 milyon ağıllı telefon istifadəçisinin olduğu Çin bazarında təqdim edilən Nokian-ın yeni telefonunun qiyməti isə 245 dollardır.

 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə