Nokia-nın məşhur telefonu yenidən satışa çıxarılacaq

15-02-2017 / 11:57

Dayanıqlığı ilə populyarlıq qazanan bir vaxtların məşhur telefonu Nokia 3310 yaxın vaxtlarda yenidən bazarda satışa çıxarılacaq.

Xeberler.az Evan Blass-ın mətbuata sızdırdığı xəbərlərə istinadən məlumat verir ki, Nokia markasının hüquqlarına sahib Finlandiyalı HMD Global Oy markası fevralın 27-də  Mobile World Congress-də Nokia markalı 4 telefon təqdim edəcək.

Bunlardan 3-ü: Nokia 3,5 və 6 hazırda gözlənilən modellərdir. Çində bazara təqdim edilən Android əməliyyat sistemi istifadə edən Nokia 6 modeli 5.5 düyüm HD ekran, Snapdragon 430 system-on-chip, 4GB RAM, 16-meqapikselli kamera xüsusiyyətlərinə sahibdir.

Bu 3 Nokia modeli bir yana, xəbərdə bəhs edilən yeni telefonlar arasında ən diqqət çəkəni  3310 modelidir. Belə ki, 2000-ci ildə ilk dəfə satışa təqdim edilən telefon, bu vaxta qədər ən dayanıqlı telefon olaraq tarixə düşüb.

Nokia 3310-nun önümüzdəki günlərdə MWC 2017-də tanıdılması gözlənilir.

İddilara görə, cihazın qiyməti 59 avro olacaq.

 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə