Nokia-nın növbəti Android telefonu-Heart

24-01-2017 / 10:55

Nokia daha bir Android telefonunu təqdim etməyə hazırlaşır.

Məlumat verdiyimiz kimi, bir müddət öncə Nokia yeni cihazı Nokia 6-nı satışa təqdim etdi və qısa zamanda satış rekordu qırdı.

Şirkət qarşıdan gələn MWC tədbirində daha bir Android telefonunu təqdim edəcəyini  açıqlamışdı.

Xeberler.az xarici mediada yayımlanan məlumatlara istinadən bildirir ki, yeni cihaz Heart (ürək) adlı telefon olacaq.

Qeyd edilir ki, orta səviyyədən də bir az aşağı xüsusiyyətlərə sahib olacaq Nokia Heart 5.2 düym böyüklüyündə və 1280 x 720 piksel ekrana sahib olacaq.  

8 nüvəli Qualcomm prosessoru olan cihazda 2 GB RAM16 GB daxili yaddaş yer alacaq. Android 7.0 Nougat-la işləyəcək Heart-da  12 MP-lik arxa kamera olacaq.

Cihazın nə vaxt və hansı qiymətdə satışa təqdim ediləcəyi hələlik məlum deyil.

İddialara görə, bu xüsusiyyətlərə sahib telefonun qiyməti 100 dollardan çox olmayacaq.

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə