Nokia şirkəti 3,2 düym geniş sensor ekranlı Nokia 5800 XpressMusic telefonunu təqdim edib

09-10-2008 / 14:05
Şirkətin nümayəndələrinin sözlərinə görə yeni telefonun 8 qiqabaytlıq yaddaş həcmi 6000 mahnının saxlanılması üçün kifayət edir.
Bundan əlavə Carl Zeiss linzalı 3,2 meqapiksel kamera ilə təchiz olunmuş telefon həmçinin video çəkmək imkanına malikdir.
Yeni mobil telefon istifadəçilərə istənilən musiqi, video-klip, fotoşəkil və vebsaytlara (o cümlədən Nokia 5800-ün əsas rəqibi Apple iPhone 3G-də dəstəklənməyən Flash texnologiyalı saytlara) sürətli çıxışı təmin edən Media Bar menyusunu təqdim edir.
Öz növbəsində Cantacts Bar menyusu vasitəsilə dörd ən əsas əlaqəni ekrana çıxarmaq, eləcədə SMS-lər və elektron məktub mübadiləsinin tarixini qeydə almaq, və bloqlara yazmaq mümkündür.
Nokia 5800 XpressMusic musiqinin yüklənməsi üçün nəzərdə tutulmuş və yenicə istifadəyə verilmiş Comes With Music servisini dəstəkləyən ilk telefonlardan biri olacaq.
Cari ilin dördüncü rübündə bütün dünya üzrə satışa çıxarılacaq Nokia şirkətinin yeni telefonunun qiyməti 279 avro təşkil edəcək.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə