Nokia virtual reallıq kamerasını təqdim etdi

31-07-2015 / 10:59

Finlandiyanın Nokia şirkətinin təqdim etdiyi virtual reallıq kamerası film və televiziya proqramı çəkməyə imkan verəcək.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, kürə formasında olan qurğu 8 obyektiv və 8 ayrıca mikrofonun köməyi ilə real vaxt rejimində işləyir.

OZO adlı kamera, əsasən peşəkar operator və kino sənayesi işçiləri üçün nəzərdə tutulub.

“Ümid edirik ki, yaxın gələcəkdə virtual reallıq insanların bir-biri ilə qarşılıqlı əlaqəsini zənginləşdirəcək. Biz OZO qurğusu ilə bu inqilabın mərkəzi hissəsi olmağı planlaşdırırıq”, – deyə şirkət tərəfindən bildirilib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə