Nokia yeni multimedia telefon təqdim edir

20-06-2009 / 13:52

Nokia XpressMusic ailəsi yeni modelini təqdim etdi. 5530 XM adlı model Nokia 5800 XM-dən fərqli olaraq paslanmayan polad quruluşa malikdir.

5530 XM-in ekranı isə 5800 XM-dən bir az kiçikdir: 2,9 düym. 5530 XM əslində 5800 XM-lə oxşardır. Lakin müəyyən dəyişikliklər də edilib.

“Kəslər” çubuğu artıq sürüşdürülə bilir və tutumu 20 adamadək artırılıb. Başlanğıc ekranına da Facebook və ya MySpace kimi əlaqələr yerləşdirmək olar.

3,5mmlik bir səs çıxışı olan 5530 XM, Nokia-dan verilən məlumata görə, 27 saatlıq musiqi təqdim edə bilir.

Kamera, əlaqələr və yaddaş isə 5800 ilə eynidir: 3,2 MP LED işıqlandırmalı kamera, 4GB microSD, Wi-Fi və Bluetooth. Nokia 5530 XpressMusic satış tarixi isə payız aylarından başlayacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə