Nokia yeni telefon təqdim edib-Qiymət

26-02-2018 / 00:10

Məlum olduğu kimi, hazırda Barselonada Mobile World Congress davam edir.

Belə ki, tədbirdə mobil üzrə yeni texnologiyalar təqdim edilir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu gün Nokia şirkəti bir neçə yeni məhsulunu təqdim edib.

Belə ki, şirkət, Android One əsaslı yeni orta səviyyəli smartfonu olan Nokia 6 (2018) -ni təqdim edib.

6000 seriyalı alüminium qutu ilə gələn telefonun əsas özəlliyi Android One əsaslı olmasıdır.

Ön tərəfdəki düymələri aradan qaldıran və virtual düymələri tərcih edən Noki barmaq izi oxuyucunu da arxaya tərəfə keçirib.

5.5 düymlük Full HD IPS ekranı olan cihaz Snapdragon 630 prosessoru ilə təchiz edilib.

Yeni Nokia 6 da təhlükəsizlik xüsusiyyətləri də təkmilləşdirilib.

Üz tanıma texnologiyası və barmaq izi oxuyucusu olan telefon16 MP kamera özəlliyinə sahibdir.

Belə ki, telefonda "bothie" texnologiyası ilə ön və arxa kamera ilə eyni anda çəkiliş etmək mümkündür.

Yaxın günlərdə Avropa bazarında satılacaq telefonun qiyməti 279 avrodur.

Mobil Dünya Konqresi martın 1-nə qədər davam edəcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə