Noutbuklar bazarının həcmi azalıb

15-07-2015 / 15:11

Digitimes Research analitik şirkətinin hesabatında bildirilir ki, bu ilin aprel-iyununda Tayvanın saziş üzrə fəaliyyət göstərən (ODM) Quanta, Compal, Wistron, Pegatron və Inventec istehsalçıları 31,3 milyon ədədə yaxın noutbuk istehsal ediblər ki, bu da ötən rübdə ümumdünya tədarük həcminin 82 faizini təşkil edir.

Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata göə, yanvar-martla müqayisədə Tayvanın ODM şirkətlərinin tədarükü 6,6 faiz artsa da, illik ifadədə 10,1 faiz azalıb. İri istehsalçılar ümumi həcmin müvafiq olaraq 33,7 və 31,3 faizini istehsal edən Quanta və Compal olub.

Ekspertlərin qiymətləndirməsinə görə, ötən rübdə dünya bazarına ümumilikdə 38,32 milyon noutbuk tədarük edilib ki, bu da ötən rübün göstəricisindən 1,9 faiz çoxdur, lakin bir il əvvəlin nəticəsindən 9,4 faiz azdır.

Tayvanın ODM istehsalçılarının tədarük etdiyi noutbukların əksər hissəsini 15, 14 və 13 düymlü modellər təşkil edib. Onların ümumi göstəricidə payı müvafiq olaraq 44,7, 21,5 və 15,4 faizə bərabər olub. Qalan hissəni 16,12 və 12 düymdən aşağı modellər təşkil edib. Onların payı müvafiq olaraq 5,1, 3,8 və 9,4 faiz təşkil edib.

ODM istehsalçıların böyük müştərisi kimi Hewlett-Packard çıxış edib. Şirkətin sifarişi ilə noutbukların ümumi sayının 25 faizi istehsal olunub. İkinci yeri payı 17,1 faizə bərabər olan Dell şirkəti tutub. Sonrakı yerlərdə müvafiq olaraq 13,8, 11,3, 11,2, 10,3 və 4,5 faiz göstərici ilə Apple, Lenovo, Asustek, Acer və Toshiba şirkətləri qərarlaşıb.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.