Növbəti “ASAN Kommunal” mərkəzi fəaliyyətə başladı-Foto

06-03-2017 / 14:39

 Bu gün Bakıda 2 saylı "ASAN Kommunal" mərkəzi fəaliyyətə başlayıb.

Xeberler.az-ın məlumatına görə, Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlar mərkəzin xidmətlərindən istifadə edə biləcəklər.

2 saylı "ASAN Kommunal" mərkəzində Azərişıq, Azərsu və Azəriqaz tərəfindən 45 növ xidmət göstəriləcək.

Yaxın gələcəkdə Bakıda, Ukrayna dairəsi yaxınlığında 3 saylı "ASAN Kommunal" mərkəzinin açılması planlaşdırılır.

Qeyd edək ki, 10 fevral 2017-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı "ASAN Kommunal" mərkəzin rəsmi açılışı olub.

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə