Növbəti hərracda investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

25-02-2019 / 11:43

İqtisadi kateqoriya və ümumi faydalı sahə üzrə müxtəlif dövlət əmlaklarının özəlləşməyə çıxarılması investorların seçim imkanlarını artırır.

Xeberler.az  bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərraclarda iştirak edən hər kəsin şəffaf mühitdə, onlayn formada seçdiyi dövlət əmlakını özəlləşdirmək imkanı var. Sadə müraciət prosedurları ilə elektron sifarişin verilməsi və virtual hərraclarda iştirak vətəndaşların məmnuniyyətinə və rahatlığına yönəlib. Komitə tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 27 mart tarixində keçiriləcək. Hərraca ümumilikdə 96 dövlət əmlakı çıxarılıb. Bu dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 14-ü qeyri- yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir.

Müxtəlif şəhər və rayonlar üzrə biznes fəaliyyətinə imkan yaradacaq kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813.2 kv.m arasındadır. Şəkidə istirahət zonası, Mİngəçevir və Yevlaxda yardımçı təsərrüfatlar, Sumqayıt, Qax və Balakəndə əmlak kompleksləri investorlara maraqlı ola biləcək dövlət əmlaklarındandır. Xidmət sahəsi üzrə fəaliyyət göstərmək istəyən şəxslər seçimlərini ticarət və ictimai iaşə obyektləri üzrə edə bilər.

Hərraca çıxarılan dövlət əmlakları arasında ən yüksək ümumi faydalı sahəsi olan obyekt Qusar Tədarük Satış Bazasıdır. Paytaxtın Nizami rayonu, Babək prospektindəki “İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi faydalı sahəsi 1350.4 kv.m, birlikdə özəlləşdiriləcəyi torpaq sahəsi isə 4129.4 kv.m-dir.

Qeyri-yaşayış sahələrinin 9-u paytaxtda, digərləri isə Sumqayıtda yerləşir. Hər bir investor üçün maraqlı ola biləcək qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 21.7 kv.m-dən 230.8 kv.m-ə qədərdir. Ofis, xidmət obyekti və digər formada istifadəyə uyğun olan qeyri-yaşayış sahələrindən biri paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsindədir. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 49.2 kv.m-dir.

Hərraca ölkə üzrə müxtəlif şəhər və rayonlardakı səhmdar cəmiyyətlərinin 30-45%-lik səhm paketləri də çıxarılıb. Bu şirkətlər nəqliyyat, təmir-tikinti, sənaye və digər sahələr üzrə fəaliyyət göstərir. Bunlara misal olaraq "Beyləqan Sənaye Kombinatı”, “Salyan broyler”, “Yevlax Təkrar Xammal” kimi dövlət əmlaklarını göstərə bilərik.

Özəlləşdiriləcək dövlət əmlaklarının tam siyahısı ilə tanış olmaq istəyən investorlar komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bu elektron resurslar vasitəsilə onlayn sifarişlərin verilməsi və hərraclarda iştirak imkanları da təmin olunur. Əmlak Məsələləri Dövlət Komitəsi hər kəsi canlı və onlayn formada hərraclarda iştirak etməyə və ya prosesi ziyarətçi kimi izləməyə dəvət edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə