Növbəti İdeyadan Biznesə düşərgəsi Şəkidə keçiriləcək

29-08-2018 / 17:05

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən növbəti İdeyadan Biznesə (I2B) düşərgəsi 28-30 sentyabr 2018-ci il tarixlərində, Şəki şəhərində yerləşən Marxal otelində keçiriləcək.

Xeberler.az məlumat verir ki, I2B düşərgəsi — Azərbaycanda regional I2B şəbəkəsinin inkişafı məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı – YT Park MMC tərəfindən startaplar, texnoparklar, yenilikçi sahibkarlıq və sürətləndirmə mərkəzlərinin nümayəndələri üçün yaradılmış unikal platformadır.

Belə ki, müvafiq düşərgənin əsas mövzusu Startaplar öndə – biznesin inkişafında olan maneələrin aradan qaldırılması-dır. Nəticə etibarilə, I2B düşərgəsində Azərbaycanda startaplar üçün ən vacib problemlər və imkanları əhatə edən bir gündəliyin razılaşdırılması planlaşdırılır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə