Növbəti peykimiz aprel ayında orbitə çıxarılacaq-Rəsmi

11-01-2018 / 11:07

Biznesin davamlılığını təmin edəcək Azerspace-2nin orbitə çıxarılması məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir. Peykin aprel ayında orbitə çıxarılması nəzərdə tutulur.

Xeberler.az bildirir ki, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qurumun sədri Rəşad Nəbiyev məlumat verib.

Onun sözlərinə görə, Azerspace-2 hazırkı əhatə zonamızı genişləndirməklə yanaşı, Azerspace-1-in orbitdəki ehtiyatı olacaq, bu da bizə müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək.

Məlumata görə, Azerspace-2  peyki orbitə buraxılmamış onun tutumlarının 46 faizi artıq İntelsat  şirkətinə satılıb.

Rəşad Nəbiyev bildirib ki, Azersky peyki üzrə isə əldə etdilən gəlirlərin 98 faizi xarici bazarlarda formalaşır:

“Bu baxımdan peykin imkanlarının ölkəmizdə daha geniş tətbiq olunması məqsədilə İqtisadiyyat Nazirliyi ilə birlikdə “Azərbaycan Respublikasında 2018-2022-ci illərdə Yerin peyk vasitəsilə məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Dövlət qurumlarında bu xidmətlərdən faydalanmaq üçün müasir maddi-texniki təminat səviyyəsinin və sahə üzrə ixtisaslı kadrların kifayət etməməsi həmin proqramın hazırlanmasını zəruri edib. Hesab edirik ki, Dövlət Proqramının qəbul olunması növbəti beş ildə məsafədən müşahidə xidmətlərinin inkişafına təkan verər, müşahidə xidmətləri vasitəsilə dövlət idarəetməsinin effektivliyini artırar və bu sahə üzrə elmi-tədqiqat və ixrac potensialını yüksəltmiş olar”.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.