Növbəti startap müsabiqəsinin mart ayında elan ediləcəyi gözlənilir

09-01-2014 / 09:58

“Startup Azerbaijan” layihəsi çərçivəsində növbəti startup müsabiqəsinin mart ayında elan ediləcəyi gözlənilir.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün Xeberler.az-a verdiyi məlumata əsasən, mart ayından başlayaraq startupçılar üçün müxtəlif tədbirlərin keçirilməsi gözlənilir.

“Startup Azerbaijan” çərçivəsində növbəti startup müsabiqəsinin, startupçılar üçün təlimlərin, investorlarla görüşlərin, startup görüşlərinin keçirilməsi və ümumiyyətlə, İKT sektorunda investisiya mühitinin yaxşılaşdırılmasına yönələn növbəti tədbirlərin cari ilin mart – iyun ayları arasında keçirilməsi nəzərdə tutulub”, - deyə o bildirib.

O. Gündüzün sözlərinə əsasən, startupçılar bu istiqamətdə arzu və təkliflərini [email protected], https://www.facebook.com/startupazerbaijan, https://twitter.com/startupaze əlaqə vasitələri ilə Təşkilat komitəsinə  göndərə bilərlər. 
 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə