Novruz bayramı ərəfəsində Azercell-dən yeni kampaniya

04-03-2015 / 11:27

Abunəçilər 6 ay boyunca hər ay 5 saat şəbəkədaxili pulsuz danışıq əldə edəcəklər

Azərbaycanın lider mobil operatoru bu yaz da, Novruz Bayramı ərəfəsində abunəçilərini sevindirməyə davam edir. Şirkət yeni Azercell fakturasız xətt nömrələri və nömrə daşınması xidməti çərçivəsində nömrələrini Azercell fakturasız xətt sisteminə daşıyan abunələçiləri üçün yeni kampaniyaya start verib.

"Azercell-ə gəl, hər ay pulsuz 5 saat qazan" kampaniyası 2015-ci il 3-31 mart tarixləri arasında keçirilir. Kampaniyanın keçiriləcəyi bu muddət ərzində SimSim nömrəsi aktivləşdirən hər kəs ayda ən azı 5 AZN yükləməklə, 6 ay boyunca hər ay pulsuz 5 saat şəbəkədaxili danışıq imkanı əldə edəcək. İstifadə müddəti 7 gün olan hədiyyə saatları şəbəkədaxili zənglər üçün nəzərdə tutulub.

Onu da qeyd edək ki, abunəçi nömrədə mövcud Bizimkilər tarif paketini dəyişdiyi halda, kampaniyada iştirakı dayandırılır.

Azercell bu bahar 4,5 milyonluq abunəçi ailəsini yeni kampaniyalar və xidmətlər ilə sevindirməkdə davam edəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.