Novruz bayramına həsr olunan marka buraxılıb

23-03-2018 / 12:48
Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə keçirilən ümumxalq şənliyində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərmarka MMC tərəfindən bayrama həsr olunmuş xüsusi stend təqdim olunub.
 
MMC-dən Xeberler.az-a verilən məlumata görə, ümumxalq şənliyində Azərmarka tərəfindən Novruz bayramına həsr olunmuş xüsusi stend hazırlanıb.
Stenddə ulu öndər Heydər Əliyevin portreti əks olunmuş, "Müslüm Maqomayev”, "Tofiq Quliyev”, "Qara Qarayev”, "Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları”, "Standart buraxılış 2018”, "Novruz”, "2017”, "Formula 1”, "XXI Yay Olimpiya Oyunları - Rio 2016”ya həsr olunmuş markalar, "Avropa Oyunları 2015”, "Azərbaycan”, "İçərişəhər”, "Qarabağ”, "Eurovision 2012” kitabları, habelə "Turizm”, "Avropa” adlı bukletlər və s. poçt məhsulları nümayiş etdirilib.
 
Xeberler.az
 
 
Stenddə Novruz bayramına həsr olunmuş, milli ornamentlərlə zəngin bayram ovqatı yaradan xüsusi marka da təqdim olunub. Bu marka "Azərpoçt" MMC vasitəsilə dövriyyəyə buraxılıb və zərflərin üzərində Ümumdünya Poçt İttifaqına üzv olan bütün ölkələrdə yayılacaq.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə