Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

19-03-2019 / 14:49

Bu gündən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən Novruz Bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb.

Xeberler.az  bildirir ki, buraxılış 6 markadan ibarət kiçik vərəq formasındadır. Markalar “Bahar qızı” “Keçəl” və “Kosa” kimi Novruz atributlarına həsr olunub. Eyni zamanda, “Aşıq” və “Yuxayayan qız” adlandırılan personajlar da bayram markaları silsiləsinə daxil edilib. Hər markanın ölçüsü 28x40 mm təşkil edir. Eyni zamanda, 200 ədəd Birinci gün zərfləri də hazırlanaraq satışa çıxarılıb.

Qeyd edək ki, 30 min tirajla çap olunan markaların rəssamı Nərmin Abdullayeva, dizayneri Anar Mustafayevdir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.