Noyabrda Azərbaycanda Bebras həftəsi keçiriləcək

12-10-2015 / 22:25

Bu il Azərbaycanda Bebras həftəsi (İnformatika üzrə beynəlxalq Qunduz müsabiqəsi) 5-11 noyabr tarixlərində keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, müəllimlərin və məktəblərin qeydiyyatı avtomatik şəkildə yerinə yetiriləcək. Müəllimlər xüsusi formanı dolduraraq özləri qeydiyyatdan keçə biləcəklər. 

Sertifikatları müəllimlər özləri müsabiqənin son günü bitən kimi, nəticələrlə yanaşı müstəqil şəkildə əldə edə biləcəklər.

Bebras müsabiqəsinin keçirilməsində əsas məqsəd informasiya və kommunikasiya texnologiyaları sahəsinə marağın artırılması, eləcə də informatika fənninin bütün məktəblilər üçün əsas elm sahəsinə çevrilməsinə xidmət etməkdən ibarətdir. Müsabiqə uşaqlarda ibtidai sinifdən kompüter biliklərinə yiyələnməyə, İKT-nin tətbiqinə köməklik göstərməyə, tədris prosesində uşaqlara müasir texnologiyalardan intensiv və yaradıcı istifadə etməyə yönəlib.

Beynəlxalq Qunduz müsabiqəsi ("Bebras" International Contest on Informatics and Computer Fluency) proqramlaşdırma bilikləri olmayan şagirdlərin alqoritmik və məntiqi təfəkkürlərini qiymətləndirmək üçün hazırlanıb. Onlayn rejimdə keçirilən Qunduz müsabiqəsi zamanı şagirdlər 40 dəqiqə ərzində 15 suala cavab verir. Başlanğıcı 2004-cü ildə qoyulmuş müsabiqə hazırda dünyanın 30-a yaxın ölkəsində, o cümlədən Avstriya, Almaniya, Fransa, Kanada, Yaponiyada mütəmadi olaraq keçirilir. Daha geniş məlumatı müsabiqənin veb-saytından əldə etmək olar:http://www.bebras.org/  

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.