Nümayəndə heyətimiz BTİ-nin iclasında iştirak edir

17-05-2017 / 17:41

Mayın 15-də Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş qərargahında bu təşkilatın Şurasının illik sessiyası işinə başlayıb. Azərbaycan nümayəndə heyəti iclasda iştirak edir.

Şura BTİ-nin ali orqanıdır, illik iclasında təşkilatın keçən ildə fəaliyyətini qiymətləndirir, hesabatları təsdiq edir, yeni birillik müddətə planları müəyyənləşdirir.

BTİ-nin 193 üzv ölkəsindən yalnız 48-i Şuranın üzvüdür, Azərbaycan 2014-cü ildə Şuraya üzv seçilib.

Xeberler.az-ın məlumatına görə, Azərbaycan nümayəndə heyəti Şuranın iclasında fəal iştirak edir, gündəlikdəki məsələlər üzrə təkliflərini bildirir, çoxsaylı görüşlər keçirir.

Bu gün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd edilir və günün mövzusuna uyğun olaraq “Böyük təsir üçün böyük həcmli verilənlər” mövzusunda toplantı keçirilir. Toplantıda inkişaf məqsədləri üçün böyük verilənlərin potensialından istifadə və inkişafı dəstəkləmək üçün böyük həcmli verilənlərin informasiyanın əldə edilməsinə imkanları müzakirə olunur.

 Sessiya öz işini mayın 25-dək davam etdirəcək.

Günel

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.