Nuridə Allahyarova qanunsuz bilet satışı ilə bağlı açıqlama verib

08-08-2018 / 16:15

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti rayonlararası və şəhərlərarası qeyri-qanuni avtobus biletlərinin satılması məsələsinə münasibət bildirib.

Xeberler.az Trend-ə istinadən məlumat verir ki, xidmətin Mətbuat katibi Nuridə Allahyarova Bakı Beynəlxalq Avtovağzal Kompleksində qeyri-rəsmi bilet satılmasının mümkünsüz olduğunu bildirib.

O qeyd edib ki, həm DANX-ın, həm də BBAK-ın əməkdaşları bütün günü bu məsələ ilə bağlı müşahidələr aparırlar və bu cür halların baş verməsinə imkan vermirlər: “Respublika üzrə 60 avtovağzal və avtostansiya mövcuddur və onların hər birində DANX-nin yerli əməkdaşları müşahidələr aparır. Yəni regionlarda da avtovağzallarda daim müşahidə aparılır və qeyri-qanuni bilet satışı mümkün deyil”.

N.Allahyarova bildirib ki, regionlarda qeyri-qanuni avtobus biletinin satışı yalnız qeyri-qanuni sərnişindaşıma həyata keçirən daşıyıcılar tərəfindən edilə bilər və bu cür hallar Avtovağzalın özündə yox, kənarda baş verə bilər: “Biz bununla bağlı ölçü götürülməsi üçün müşahidələr aparırıq və aidiyyəti qurumlara, Dövlət Yol Polisinə müraciət edirik. Çünki bizim qeyri-qanuni daşımalar həyata keçirənlərə qarşı tədbirlər görmək səlahiyyətimiz yoxdur. Ancaq qanuni, yəni DANX-nin nəzarət etdiyi daşıyıcılar hər hansı bir süni qiymət artımına və ya əldən bilet satışına yol verərlərsə, biz dərhal tədbir görərik, lakin qeyri-qanuni daşıyıcılara görə biz sadəcə məlumat alıb aidiyyəti qurumları xəbərdar edə bilərik”.

Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə qeyri-qanuni bilet satışı ilə bağlı məlumatlar yayılmışdır. Belə halların əsasən regionlarda müşahidə edildiyi vurğulanıb.(Trend)

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.