Oculus Rift-in satış tarixi bəlli oldu

07-05-2015 / 20:55

Oculus VR şirkəti  virtual reallıq flaqmanı olan Oculus Rift modelini istehlakçılara 2016-ci ilin ilk yarısı satışa çıxarmağı planlaşdırır.

Xəbərlər-in verdiyi məlumata görə, bundan əvvəl Oculus Rift yalnız “developer”-lərə verilirdi və yoxlanış üçün istifadə olunurdu. Öncədən sifariş etmə isə bu ilin sonlarına yaxın ediləcək .

SonyPlaystation 4-un başlığı, Project Morpheus, istehlakçılara 2016-ın ilk yarım illiyində istifadəyə verəcək.

sony

Oculus Rift-in satışa çıxacaq olan versiyasının prototipi ilk olaraq keçən il sentyabr ayında görülüb. Prototip daxili səs ucaldıcılar və 360 dərəcə baxış məsafəsi olan bir cihaz idi. Bu cihaz üçün olan oyunlar həm oturaq vəziyyətdə, həm də ayaq üstə idarə edilə biləcək. Bəzi məşhur oyunların çoxu artıq özləri virtual reallıq üçün oyunlarını düzəldiblər, bunlara misal olaraq GTA V, Project Cars və başqa oyunları göstərmək olar.

Keçən ilin noyabr ayı Oculus VR-in icraçı direktoru Brendan İribe kütləvi satışa buraxılacaq modelin 200-400 dollar arası olacağını demişdi. Yalnız indi Oculus Rift-in oyun qurucuları üçün satış qiyməti 350 dollardır.

İsmayıl İsmayılov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə