Office 365 istifadəçi interfeysində yeniliklər edilib

25-06-2018 / 12:24

Microsoft şirkəti Office 365 istifadəçi interfeysi üçün yeniləmələrin buraxılışına başlayır.Əsas məqsəd – onu geniş istifadəçi kütləsi üçün daha sadə və əlçatan etməkdir. Yeniləmələr Word , Excel, PowerPoint, OneNote və Outlook əlavələrini əhatə edəcək.

Xeberler.az bildirir ki, yaxın bir neçə ay ərzində Microsoft şirkəti Office 365 paketinin istifadəçi interfeysinin ən populyar əlavələri üçün yeniləmələr buraxacaq. İstehsalçı onu daha sadə və səmərəli etməyi planlaşdırır. Tam işəsalmadan öncə yeniləmələr bir neçə silsilə yoxlama və sınaqlardan keçəcəkdir.

Sadələşdirilmiş lent. Lentin yenilənmiş versiyası istifadəçilərə fikirlərini cari məsələlər ətrafında toplamaqdaa və birgə işin asan təşkilində kömək edəcək. Ekranda daha çox komanda lazım olarsa lenti əvvəlki kimi klassik üç sətir formatında açmaq mümkündür. İlk öncə Word əlavəsinin brauzer versiyası yenilənəcək. Daha sonra Windows üçün Outlook yenilənəcək – belə ki, ilkin qiymətləndirmə proqramının bəzi iştitakçıları üçün sadələşdirilmiş lent iyul ayında əlavədə görünəcəkdir. Windows üçün Word, Excel  PowerPoint əlavələri ən geniş və güclü funksiyalar dəstini təmin edir. Onlara, adətən, maksimum imkanlardan yararlanmaq istəyən istifadəçilər üstünlük verirlər. Daha sonra Microsoft şirkəti istifadəçilərin Excel PowerPoint-də görmək istədikləri dəyişikliklər barədə istifadəçi rəylərindən ibarət geniş baza yaratmağı planlaşdırır. Əldə olunan nəticələr istehsalçıya Office 365-in bu komponentləri üçün yeniləmə strategiyasını seçməyə kömək edəcək.

Yeni rənglər və nişanlar. Əlavələrdə miqyaslı qrafika ilə yeni rənglər və nişanlar yer alacaq ki, onlar istənilən ölçülü ekranda aydın görünəcəkdir. Bu dəyişikliklər nəinki istifadəçi interfeysini modernləşdirməyə, həmçinin, onu fiziki məhdudiyyətli şəxslər üçün onu daha rahat etməyə yönəlmişdir. İlk növbədə yeniləmələr Word-ün brauzer versiyasında, daha sonra isə Windows üçün Word, Excel PowerPoint əlavələrində tətbiq olunacaq. 2018-ci ilin avqust ayında Outlook  və Mac da dəyişikliklərin həyata keçirilməsinə başlanılacaq.

Axtarış. Yenilənmiş interfeysdə axtarış sistemi komandaları, insanları və məzmunu tapmağa imkan verəcək. Zero Query Search texnologiyası istifadəçinin sorğusunun qabaqcadan bilir: kursoru sadəcə axtarış bölməsinə gətirmək kifayətdir ki, süni intellekt və Microsoft Graph bazası əsasında alınmış hazır tövsiyələri görəsiz. Artıq bu funksiya Office.com, SharePoint Online Outlook mobil əlavələrinin kommersiya versiyalarının istifadəçiləri üçün əlçatandır.

Dizaynın ilkin versiyasının hazırlanması üçün komanda müştərilərlə sıx əməkdaşlıq etmişdir. Mütəxəssislər istifadəçilərin əlavə ilə necə işlədikləri barədə məlumatları toplayıb, yeni ideyaları sınaqdan keçirmək üçün prototiplər yaradırdılar. Gələcəkdə, ofis paketinin interfeysi tam yenilənəndən sonra, istifadəçilər siçanın bir düyməsini basmaqla klassik varianta qayıda biləcəklər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.