Olimpiadalara hazırlıq mərkəzinə mediatur keçirilib

22-10-2015 / 11:00

Oktyabrın 21-də Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseydə yaradılan məktəblilərin Olimpiadalara hazırlıq mərkəzinə mediatur keçirilib.

Xeberler.az bildirir ki, bu liseylə yanaşı, nazirliyin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin nəzdində də belə mərkəz fəaliyyət göstərir. Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışlarını təmin etmək məqsədilə yaradılan hər iki mərkəz şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz edilib. Şagirdlər, həmçinin dövlət hesabına gündəlik yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunur.

Fənn olimpiadaları və bilik yarışlarının istedadlı şagirdlərin aşkar olunmasında əhəmiyyəti nəzərə alınaraq, bu sahədə mühüm addımlar atılıb. Ötən tədris ilində 22 mindən çox şagird respublika fənn olimpiadalarına qatılıb ki, bu da əvvəlki illərlə müqayisədə 4,5 dəfə çoxdur. Bu il, həmçinin Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan 104 ölkə arasında 48-ci yeri tutub, məktəblilərimiz dünya fənn olimpiadalarında 1 gümüş, 8 bürünc medal qazanıblar.

Qeyd olunub ki, Olimpiadalara hazırlıq mərkəzlərinə seçim turunda hər fənn üzrə 20-25 nəfər VI-VIII, 15-20 nəfər IX-XI sinif şagirdi seçilib.

Olimpiadalara hazırlıq mərkəzlərində seçilmiş şagirdlərlə fizika, riyaziyyat, kimya, biologiya, informatika fənləri üzrə xüsusi proqram əsasında hazırlıq məşğələlərinə başlanılıb. Tədris ili ərzində həmin şagirdlər üçün bir neçə sınaq imtahanı keçiriləcək və nəticələrə əsasən, ölkəmizi beynəlxalq olimpiadalarda təmsil edəcək şagirdlər müəyyənləşəcək. Eyni zamanda şagirdlər həm qış, həm yay tətili dövründə qış və yay olimpiada məktəblərinə cəlb ediləcəklər.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə