Olimpiya oyunlarının rəsmi saytı yeni yarış meydanına çevrildi

26-08-2008 / 10:06
comScore şirkətinin analitikləri Çin Yay Olimpiya Oyunlarının rəsmi saytının izlənilməsi statistikasını veriblər.
Beijing2008.cn saytı Olimpiyada haqqındakı informasiyaları beş dildə verir: çin, ingilis, fransız, ispan və ərəb dilləri.
comScore-nin tədqiqatı göstərib ki, sayt olimpiyanın ilk on günündə 16 mln. yarım istifadəçini özünə cəlb edə bilib. Izləyicilər arasında Çin vətəndaşları üstünlük təşkil edir, sonrakı yeri isə amerikalılar tutur.
8-17 avqust tarixləri arasında saytda dünyanın müxtəlif yerlərindən olan 4,3 milyon istifadəçi qeydə alınıb ki, bu, sayta girənlərin 25,7 faizini təşkil edir.
Bu vaxt ərzində 4,1 milyon Amerika istifadəçisi də daxil olub. Onların payı isə 24,8 faizdir. Üçüncü yerdə Kanada 937 min nəfərlə, beşinci və altıncı yerlərdə isə Böyük Britaniya və Avstraliyadır.
Ümumiyyətlə, ingilisdilli istifadəçilər ilk günlərdə auditoriyanın 40 faizini taşkil ediblər. comScore rəhbərliyi qeyd edib ki, İnternet və Olimpiya oyunları sübut edir ki, cəmiyyət dünyanın sərhədsiz qurulması istiqamətində hərəkət edir. Bunu çoxdilli Olimpiya saytı və onun auditoriyası da təsdiq edir.
Beijing2008.cn saytına girənlərin ən böyük hissəsini Asiya-Sakit okean regionunun əhalisi təşkil edir – 45,4 %. Şimali Amerikadan olanlar 30,5; avropalılar isə 16,3 faizə bərabərdir.
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə