Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017 / 13:12

Əmlak Məsələləri Dövlət Komitəsi  kadastr uçot işlərinin aparılması, Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması ilə bağlı elmi texniki tərəqqinin nəaliyyətlərinə olduqca geniş yer ayırır. Bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə xüsusi önəm verir.

Bu barədə Xeberler.az-Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov görülən işlərdən danışarkən deyib.

Onun sözlərinə görə, hazırda təyinatından və mülkiyyət növündən asılı olmayaraq, ölkə ərazisindəki bütün torpaqlar elektron kadastr uçotuna alınaraq Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılır:

“Bu sistemin məlumatlarına istinad etməklə torpaqla bağlı əsassız istifadə hallarının qarşısının alınmasına, torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsinə dair qərarlar qəbul edilir. Müasir bələdiyyə və relyef xəritələrinin hazırlanmasına nail olunur. Layihə çərçivəsində elektron kadastr informasiya sisteminin yaradılması ilə torpaqların sənədlərdəki kadastr göstəriciləri ilə faktiki istifadə vəziyyətinə dair göstəricilər arasındakı uyğunsuzluqları aradan qaldırılır və çoxsaylı torpaq mübahisələrinə son qoyulur”.

Məlumata görə, torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti əsasında əldə olunan kosmik imkanlardan - süni peyklərin məlumatlarından istifadə olunur. Bundan başqa daşınmaz əmlak idarəçiliyində Azərbaycanda ilk dəfə  AZPOS sistemləri şəbəbəkəsi qurulub. Ölkə ərazisi üzrə 37 ədəd daimi geodeziya stansiyaları fəaliyyət göstərir.

Qurum rəsmisi qeyd edib ki, Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib:

“Ölkənin 4 milyon hektardan çox ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması və relyef xəritələrinin hazırlanması işi artıq yekunlaşıb. Bu materiallara əsasən ölkənin 51 rayonunun müxtəlif qradasiyalı meyllik xəritələri tərtib edilib və onların 3D formatda relyef xəritələri qurulub. Komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2020-ci ilədək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sistemini yaratmaqdan ibarətdir”.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.