Ölkə rəqəmli televiziya yayımına keçid üçün tam hazırdır

16-12-2015 / 11:46

Məlumat verdiyimiz kimi, uzun müddətdir ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkədə rəqəmsal yayıma keçidlə bağlı müxtəlif tədbirlər görülür.

Teleradio İstehsalat Birliyi rəqəmli televiziya yayımına tam hazırdır.

Xeberler.az RYTN-nin saytına istinadən məlumat verir ki, Birliyin texniki direktoru Mikayıl Abbasovun sözlərinə görə, birlik Milli Televiziya Radio Şurasının (MTRŞ) qərarını gözləyir.

Onun sözlərinə görə, ölkədə televiziya verilişlərinin yayımlanmasını təmin edən 500-ə yaxın verici stansiya fəaliyyət göstərir. Onlardan 134-ü rəqəmli, qalanı isə analoq verici stansiyadır. Hazırda ölkə ərazisində rəqəmli və analoq yayım  paralel olaraq həyata keçirilir.

O, regionların tam şəkildə rəqəmli yayımla əhatə olunduğunu bildirib.

 Qurum rəsmisi  qeyd edib ki,  Bakıda Teleqüllə ilə yanaşı, Günəşli, Fatmayi stansiyaları da fəaliyyət göstərir. Mərhələli şəkildə rəqəmli vericilər aktivləşdirilib. Füzuli rayonunun Əhmədbəyli, Tərtər, həmçinin Ağsu aşırımında yerləşən  Gülüstan stansiyaları vasitəsilə bütün Qarabağ ərazisi də rəqəmli TV yayımı ilə əhatələnib.

Onun sözlərinə görə, MTRŞ tərəfindən analoq yayımın dayandırılması ilə bağlı qərar verildikdən sonra bu yayımı həyata keçirən stansiyalar fəaliyyətini dayandıra bilər.

Qeyd edək ki, rəqəmli televiziya yayımı sosial və kommersiya paketlərindən ibarətdir. Kommersiya paketində 100-ə yaxın, sosial paketdə isə 11 TV kanal mövcuddur.

Rəqəmli TV-ni dəstəkləməyən televizorlar üçün təqribən qiyməti 30 manatdan başlayan dekoderlər əldə edilməlidir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.