Ölkədə 12 mindən çox istifadəçi kiberhücuma məruz qalıb

20-02-2018 / 12:31

Azərbaycanda 12 000-dən çox mobil qurğu istifadəçisi kiberhücumlara məruz qalıb.

Bu barədə Xeberler.az-a Kaspersky Lab şirkətindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycanın mobil rabitə operatoru Azercell Telekom və Kaspersky Lab şirkəti istifadəçilərinin maksimal təhlükəsizliyini təmin etməyə çalışır.

Bu səbədən Azercell-in tarif planlarından biri ilə alınan bütün “General Mobile 6” smartfonları artıq Android üçün nəzərdə tutulmuş “Kaspersky Internet Security” həlli ilə qorunur. Sözügedən müdafiə həlli telefon alınan andan 1 il ərzində pulsuz təklif olunur.

Kaspersky Lab-ın statistikasına* əsasən, 2017-ci ildə Azərbaycanda 12,5 mindən çox mobil qurğu istifadəçisi kiberhücumlara məruz qalıb. Onlardan təxminən yarısı (47%-i) reklam troyanlarının hücumuna uğrayıb. Bu, dünya miqyasına tendensiyaya uyğundur. Bununla belə, ekspertlər qeyd edirlər ki, virusa yoluxma zamanı reklam həqiqətən də bezikdirici olur – hansısa bir anda mobil qurğudan artıq istifadə etmək mümkün olmur.

Lakin intişar tapmış zərərvericilər sırasında artıq “can verən” təhdidlər sinfi də yer alıb, məsələn, SMS-troyanları. Bu isə o deməkdir ki, Azərbaycanda istifadəçinin mobil hesabına SMS-abunə və ya SMS-ödəniş vasitəsilə hücumlar hələ də aktualdır.

Mütəxəssisləri narahat edən əsas faktlardan biri də odur ki, top-təhdidlər sırasında troyan sinfinin ən təhlükəli virusu da yer alıb – “root” əməliyyatları. Sistemə daxil olduqdan sonra sözügedən əməliyyatı həyata keçirənlər səlahiyyətli istifadəçi (“super user”) hüququnu alırlar ki, nəticədə önları aşkar etmək və kənarlaşdırmaq, demək olar ki, mümkün deyil. Söhbət “ZTorg” və IOP troyanlarından gedir. Belə hallarda ilk olaraq maksimum effektiv şəkildə yoluxmanın qarşısı alınmalıdır, bunu isə yalnız xüsusi ixtisaslaşdırılmış müdafiə həlləri vasitəsilə etmək mümkündür.

“Bizi Azercell ilə uzu illər ərzində həyata keçirdiyimiz məhsuldar əməkdaşlıq əlaqələndiri ki, bunun da əsasında istifadəçilərin qayğısına qalmaq dayanır. Daha çox və ya az təhlükəli qurğu və sahələr olmadığı kimi, kibertəhdidlər aləmi də sərhəd tanımır. Təəssüflər olsun ki, kibermüdafiədə boşluq varsa, kibercinayətkarlar onu mütləq tapacaq.Yaxşı xəbər ondan ibarətdir ki, bizim həll bütün boşluqları etibarlı şəkildə aradan qaldırır və elə işləyir ki, istənilən yoluxmanın təhlükəsini minimuma endirir. Məhz bu səbəbdən Azercell istifadəçiləri artıq tam arxayın ola bilərlər”, - deyə Kaspersky Lab şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə