Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

24-08-2010 / 10:56

01 sentyabr tarixdən etibarən Delta Telekom şirkəti tərəfindən Provayderlərə satılan internetin qiymətində ciddi endirimlər edilib.

Belə ki, ölkədə fəaliyyət göstərən Provayderlər 01 sentyabr 2010-cu il tarixdən Delta Telekom şirkətindən aldıqları hər bir əlavə 1 Mbps üçün aylıq 50 manat ödəyəcəklər.

Delta Telekom şirkətindən bu aksiyanın keçirilməsininsə əsas məqsədin ölkədə internet xidmətlərinin keyfiyyətinin yaxşılaşdırması olduğu bildirilib.

Məlum olduğu ki son dövrlərdə həyata keçirilən qiymət endirimlərindən sonra ölkədə internetin keyfiyyətində problemlər yaranmışdı. İstifadəçilər bir çox hallarda almalı olduqları internet trafikin əldə edilməsində ciddi problemlərin olduğunu bildirirdilər.

Eyni zamanda ADSL xidmətinin göstərilməsi ilə bağlı ATS -lərin resurslarından istifadə dən bəzi provayderlər son vaxtlarda bu resurslardan istifadə xərclərinin də artdığından gileylənirdilər.

Ekspertlər əsas internet təchizatçısı olan Delta Telekom şirkətinin tətbiq etdiyi bu endirimin Provayderlərə internetin keyfiyyətinin artırılmasına və qiymət endiriminə imkan verəcəyini düşünürlər.

Xeberler.az/Günay


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.