Ölkədə rəqəmli yayıma keçidlə bağlı Qaynar xətt yaradılıb-Video

31-10-2016 / 12:46

Məlumat verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin diqqətinə çatdırır ki, Naxçıvan Muxtar Respublikasında 10 dekabr 2014-cü il tarixindən açıq paketli rəqəmli televiziya yayımına keçilmiş və analoq yayım dayandırılıb.

1 noyabr 2016-cı il tarixindən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, 1 dekabrdan isə Respublikanın digər ərazilərində də tam olaraq rəqəmli televiziya yayımına keçilməklə, analoq yayım dayandırılacaq.

Xeberler.az məlumat verir ki, nazirlik istifadəçilərə müracit edərək bildirir:

 “Rəqəmli televiziya yayımına keçid Sizə ölkənin istənilən ərazisində televiziya  proqramlarının yüksək keyfiyyətlə o cümlədən HD standartında qəbul olunmasına, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradacaq.

Rəqəmli qəbuledicisi olmayan televizorlar üçün əlavə qurğunu istifadə haqda təlimatla birgə istənilən poçt şöbələrindən əldə etmək mümkündür.

Rəqəmli yayım siqnallarını analoq yayım üçün hazırda istifadə etdiyiniz antena vasitəsi ilə qəbul edə bilərsiz.

Əlavə məlumat almaq üçün 1411 nömrəli Qaynar xətt-ə zəng edin".

Qeyd edək ki, Azərbaycanda televiziyaların rəqəmli yayıma keçməsi ilə əlaqədar yarana biləcək müraciətlərin qəbulu məqsədilə Qaynar xətt  yeni  yaradılıb.

Bakı şəhərindən və bölgələrdən əhali  rəqəmli yayıma keçidlə bağlı  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılan 14-11 nömrəli  Qaynar xətt-ə zəng edə bilərlər.

Cari il sentyabrın 27-də Milli Televiziya və Radio Şurasında rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub. İclasda Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 2016-cı il noyabrın 1-dən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının isə dekabrın 1-dən etibarən dayandırılması barədə qərar qəbul edilib.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.