Ölkədə yeni televiziya kanalı yaradıla bilər

13-11-2017 / 14:48

Azərbaycan həqiqətlərinin dünyada yayılması üçün yeni televiziya kanalanının yaradılması təklif olunur.

Xeberler.az bildirir ki,  bu təkliflə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib.

O bildirib ki, Azərbaycanda orduya xüsusi diqqət yetirilir: “Bu, təqdirəlayiqdir. Ordumuz istənilən an torpaqlarımızı işğaldan azad edə bilər. Amma beynəlxalq güclər buna imkan verərmi? Məsələ də budur. Ona görə da orduya göstərilən diqqətlə yanaşı, informasiya siyasətinə də diqqət artırılmalıdır. Müəyyən məbləğlə Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıracaq televiziya kanalı yaradıla bilər”.

Deputat onlayn medianın da dövlət büdcəsindən maliyyələşdirilməsinin vacibliyini vurğulayıb. (Report) 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.