Ölkəmiz beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıb

21-06-2017 / 15:31

İyunun 17-dən 21-dək Türkiyənin İzmir şəhərində İnformatika üzrə (YSK İnternational Olympiad in Informatics 2017) Beynəlxalq Olimpiada keçirilib. Olimpiadada  Türkiyə, Azərbaycan, Orta Asiya respublikaları və Makedoniyadan ibarət məktəblilər iştirak edib.

Xeberler.az-ın məlumatına görə, Azərbaycanı təmsil edən Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Abutalıb Namazov, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ələkbər Əskərov gümüş medala, X sinif şagirdi Ziya Muxtarov və Bakı şəhəri 27 nömrəli tam orta məktəbin X sinif şagirdi Rafael Saddatimov bürünc medala layiq görülüblər.

Qeyd edək ki, bu nailiyyət cari ilin avqust ayında İran İslam Respublikasında keçiriləcək 29-cu Beynəlxalq İnformatika Olimpiadasında (İOİ-2017) iştirak edəcək şagirdlərimiz üçün ümidvericidir. Türkiyədən geri döndükdən sonra həmin şagirdlər yay olimpiada düşərgəsinə cəlb ediləcək və növbəti olimpiadalara hazırlıq davam etdiriləcək.

 

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.