Ölkəmiz poçt rabitəsi üzrə beynəlxalq mükafata layiq görülüb

18-04-2018 / 16:21

İsveçrənin paytaxtı Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqında (ÜPİ) “EMS Kooperativinin 21-ci Ümumi Assambleyası” keçirilib.

Xeberler.az bildirir ki, Azərbaycan da daxil olmaqla EMS (sürətli poçt rabitəsi xidmətləri) Kooperativinə üzv olan Avropa ölkələri mərasimdə iştirak ediblər.

Assambleyada Poçt ittifaqlarının mütəxəssisləri tərəfindən təqdimat və hesabatlar təqdim olunub.

Toplantıda sahə üzrə 2017-ci il üçün statistik müqayisələr aparılıb, mühazirələr oxunub və növbəti illərdə daha yaxşı nəticə göstərmək üçün müzakirələr aparılıb.

Assambleyada Azərekspresspoçt Rabitə Müəssisəsi “Müştəri məmnuniyyəti - 2017” mükafatına layiq görülüb.

Qeyd edək ki, sürətli poçt rabitəsi xidmətləri üzrə “Müştəri məmnuniyyəti” mükafatı EMS Kooperativi  üzvləri  arasında  ən yaxşı  sorğu mərkəzlərinə təqdim olunur.

Azərbaycan bu mükafata ÜPİ-nin EMS Kooperativinin 182 üzvü arasında göstərdiyi ən yaxşı nəticələrə görə nail olub.  

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə