Ölkəmiz “Rəqəmli İqtisadiyyat” nazirlər görüşündə təmsil olunub

10-10-2017 / 15:30

Avropa Komissiyası tərəfindən Estoniyanın Tallin şəhərində  “Rəqəmli İqtisadiyyat” üzrə  ikinci nazirlər toplantısı keçirilib. Toplantı Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində baş tutub.

Tədbirdə Avropa Komissiyasının vahid rəqəmli bazar üzrə vitse-prezidenti Andrus Ansip, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin müvafiq nazir və digər rəsmi şəxsləri iştirak edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberler.az-a verilən məlumata görə, Azərbaycanı bu tədbirdə  Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir  Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Nazir müavini  ölkəmizdə rəqəmli iqtisadiyyatın formalaşdırılması, Azərbaycanın  əlaqələndiricisi olduğu “ICT innovation & startup ecosystems” istiqaməti üzrə görülmüş işlər barədə məlumat verib.

İkinci nazirlər toplantısının sonunda rəqəmli iqtisadiyyat üzrə Bəyannamə oxunub. 

Bəyannamədə 2020-ci ilə qədər Şərq Tərəfdaşlığı ölkələri ilə birlikdə rəqəmli iqtisadiyyatın  inkişafı istiqamətində görüləcək əsas işlər vurğulanıb.  

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.