Ölkəmizdə beynəlxalq İT yarışması keçiriləcək-20 min dollar qazanmaq imkanı

09-01-2017 / 14:25

Azərbaycanda  İT, dizayn və kommunikasiya sahələrində çalışanlar üçün beynəlxalq ki “Qızıl Bayt” yarışması keçiriləcək.

“Qızıl Bayt” beynəlxalq İT yarışması STEP İT Akademiyasının təşkilatçılığı ilə baş tutacaq.

Xeberler.az olaraq yarışmanın Azərbaycan üzrə kuratoru və STEP beynəlxalq İT Akademiyasının təmsilçisi Yusif Qənbərov ilə ətraflı söhbət etdik.

Yusif Qənbərov “Qızıl Bayt” barədə məlumat verərək deyib ki, bu, aparıcı IT şirkətlərin qarşısında öz layihəni təqdim etmək üçün inanılmaz bir imkan, digər ölkələrin təsilçiləri ilə təcrübə mübadiləsi və ən əsası özünü və öz layihəni obyektiv qitmətləndirmək imkanıdır. İştirakçılar dünyaca tanınmış şirkətlərdən iş təklifi, startaap layihələr isə fondlardan və biznes mələklərindən investisiyalar qazanır.

Onun sözlərin görə, Akademiya artıq 9-cu ildir ki “Qızıl Bayt” beynəlxalq İT yarışmasını keçirir:

“Yarışmanın məqsədi İT, dizayn və kommunikasiya sahələrində öz imkanlarını göstərməyə cəhd edən gənc və proqressiv nəslin potensialını üzə çıxarmaqdır. Çempionat artıq 9-cu dəfədir baş tutur. Hər il çempionatda Ukraynadan, Belorusiyadan, Qazaxıstandan, Rumıniyadan, Slovakiyadan, Bolqarıstan və Moldovadan 10 mindən çox gənc iştirak edir. Bu il Azərbaycan ilk dəfə olaraq bu çempionatda iştirak edir”.

Yusif Qənbərov qeyd edib ki, aprel ayında Kiyevdə yarışmanın 9-cu finalı keçiriləcək və finalçılar 20 min dollar üçün yarışacaq.

Regional çempionat Bakıda 10-28 fevral tarixlərində keçiriləcək.

2017-ci ildə  iştirakçılara Invent Create Change (İcad et Yarat Dəyiş) mövzusuvə aşağıdakı nominasiyalar təklif edilir:

-Startup Challenge - proqram lahiyələri müsabiqəsi

-Networking Technologies - sistem inzibatçıları nominasiyası

-Mobile Development - mobil proqramlar müsabiqəsi

-Internet of things - innovasiya lahiyələri müsabiqəsi

-Game Design - oyun yaratma müsabiqəsi

-Character Design - oyun personajlarının yaradılması üzrə müsabiqə

-Web Design - web-lahiyələr müsabiqəsi

-Short Movie - qısa film müsabiqəsi

-NoSQL Expert - məlumat bazaları ilə iş üçün proqram konkursu

-Junior Competition - 10-17 yaşlı məktəblilər müsabiqəsi

Yarışma ilə bağlı bütün məlumatları “Qızıl Bayt” ın rəsmi Facebook səhifəsindən və saytından əldə edə bilərsiniz. 

"Qızıl Bayt” buradan qeydiyyatdan keçə bilərsiniz.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə