Ölkəmizdə Bilik Günü qeyd edilir

15-09-2015 / 10:58

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.

Xeberler.az məlumat verir ki, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Bilik Günü-də ilk dərs vətənpərvərlik mövzusuna həsr olunacaq. Bu tədris ilində Azərbaycanda 150 mindən çox uşaq birinci sinfə gedəcək. Ümumilikdə, yeni tədris ilində ümumtəhsil müəssisələrində 1 milyon 370 minə yaxın şagird təhsil alacaq.

Yeni tədris ilində bütün məktəblilər dərsliklərlə təmin olunacaq. Dərsliklərin böyük hissəsi yeni olacaq. Ümumi təhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 2015-2016-cı tədris ilinə 141 adda 4 095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.

O cümlədən, kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb. Yeni tədris ilində ümumtəhsil məktəblərinin I, II, III, V, VII, IX, X və XI sinif şagirdləri əvvəlki illərdə çap olunmuş və məktəb kitabxana fondlarındakı dərsliklər hesabına təmin olunacaqlar.

2015-2016-ci tədris ilində 2445 müəllim ilk dəfə işə başlayacaq. Onlar təhsil sahəsində ilk dəfə olaraq “Müəllim andı” içdikdən sonra fəaliyyət göstərəcəklər.

Bundan başqa, bu il tələbə adını qazanan 32 276 nəfərin də bu gün ilk dərs günüdür.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə