Ölkəmizdə "Facebook"dan 1 milyon 360 min nəfər istifadə edir

04-05-2014 / 13:20

"Global Stats" statistika mərkəzi 2014-cü ilin yanvar-aprel ayları üzrə  sosial şəbəkə istifadəçilərinin sayı ilə bağlı hesabat təqdim edib.

Mərkəzin məlumatına görə,hazırda Azərbaycanda "Facebook" sosial şəbəkəsindən  1 milyon 360 min nəfər istifadə edir. Belə ki, 2014-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 5,48% artıb.

Beləliklə,  ötən ilin eyni dövrü ilə müqayisədə"Facebook" istifadəçilərinin sayında   3,15% artım qeydə alınıb.

Qeyd edək ki, "Facebook" Azərbaycanda ən populyar sosial şəbəkədir. Onun sosial media bazarında payı 68,63%-dir.

"Global Stats"ın statistikasına əsasən, yanvar-aprel aylarında ölkəmizdə  "YouTube" videohostinqinin istifadəçilərinin sayı isə 30,54% artıb.  Belə ki, "YouTube"-un Azərbaycanda bazar payı 8,59% təşkil edir (İctnews)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə