Ölkəmizdə Galaxy S və Galaxy S7 Edge-i sifariş etmək mümkündür

04-03-2016 / 18:00

Yeni Samsung Galaxy S7 və Galaxy S7 Edge smartfonlarını rəsmi satışlardan əvvəl sifariş edə bilərsiniz. 

Bildiyiniz kimi, Samsung Electronics Co. Ltd. şirkəti fevral ayının 21-də, Barselona şəhərində özünün məşhur Galaxy S smartfonları sırasına tam yeni Samsung Galaxy S7 və Galaxy S7 edge cihazlarını da əlavə etdi.

Hər il olduğu kimi, bu möhtəşəm təqdimat tədbirini Azərbaycanda da izləyənlər az deyildi.

Artıq Azərbaycanda çox sərfəli şərtlərlə yeni smartfonları sifariş edə bilərsiniz. Sifariş üçün  sadəcə İntegralplus (integralplus.az) və Baku Electronics (bakuelectronics.az) mağazaları şəbəkələrinə müraciət edin.

Galaxy S7 və S7 edge smartfonunu 50 AZN avans şərti ilə öncədən sifariş etdikdə, Gear VR virtual reallıq eynəyini (ayrıca bu cihazın qiyməti 249 AZN-dir) və 80 AZN* dəyərində Oculus kontentini hədiyyə olaraq əldə edəcəksiniz.

 Samsung Galaxy S7 smartfonunu 1,299 AZN-a, Samsung Galaxy S7 edge smartfonunu isə 1,399 AZN-a əldə edə bilərsiniz.

Öncədən sifariş etməklə smartfonunuzu rəsmi satışlardan (18 mart) bir gün əvvəl əldə edəcəksiniz.  Galaxy S7 və S7 edge smartfonunu Azercell rəsmi diler şəbəkələrindən alan hər kəs, Azercell-dən yarım il müddətinə aylıq 5GB internet paketi hədiyyə alır.

Galaxy S7 və Galaxy S7 edge smartfonları bazara həqiqətən də tam yeni anlayışlar gətirir. Bu cihazlarda, hətta qaranlıq şəraitdə parlaq və aydın şəkil çəkməyə imkan verən və ilk dəfə istifadə olunan Dual Pixel kamerası təqdim edilir. 5.1 düym (≈13sm) ölçülü Galaxy S7 və 5.5 düym (≈14sm) ölçülü Galaxy S7 edge 3D şüşə və metalın istifadəsi ilə yaradılıb. Və bunlar Galaxy S cihazları üçün ənənəvi olan incə dizayn, etibarlı quruluş və rahat istifadə prinsiplərinə əsaslanaraq həyata keçirilib. Bundan əlavə, dizayna heç bir xələl gətirmədən, Galaxy S7 və Galaxy S7 edge özlərinin suya və toza qarşı davamlılıq xüsusiyyəti (IP68) sayəsində, praktiki dəyər əmsallarını da artırıblar.

*Vauçerin qiyməti, şərti vahid olan 50 (əlli) ABŞ dollarının AR Mərkəzi Bankının 04.03.16 tarixli məzənnəsinə uyğun olan manat dəyəri ilə göstərilib (1 USD=1.6019 AZN).

Aksiya martın 3-dən 17 –nə qədər  qüvvədədir.

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə