Ölkəmizdə iPhone-ların rəsmi satışı başladı

21-08-2015 / 12:03

Dünəndən etibarən  Azərbaycanda Alma Store-un rəsmi avtorizə olunmuş servis mərkəzi tərəfindən iPhone-ların ölkəmizdə rəsmi satışına başlanıb.

Qeyd edək ki, bu günə qədər Azərbaycanda iPhone-ların rəsmi satışı həyata keçirilmirdi.

Xeberler.az bildirir ki, Alma Store rəsmi Facebook səhifəsində yeni xidməti ilə bağlı belə məlumat verib:

“iPhone-ların Azərbaycanda rəsmi satışları mövcud deyildi ( beynəlxalq zəmanət, texniki dəstək, xidmət, təlim və s yox idi). Heç kimə sir deyildi ki, ölkəyə telefonlar qeyri rəsmi yollarla Çindən və Dubaydan gətirilirdi.
Gətirilən telefonların əksəriyyəti yəni təmirdən çıxmış (refurbish) telefonlar idi. Telefonda hər hansı qüsur yarandığı halda, telefon təmir edilirdi və ya təmirə tam yararsız olurdu. Bu da öz növbəsində istehlakçıların hüquqlarının pozulmasına yol açırdı. Qiymətlərə gəldikdə isə, qeyd etmək istərdik ki, qiymətlər rəsmi olaraq yerli rüsumlara və vergilərə əsasən təyin edilib.

Qeyd edilib ki, rəsmi satış nöqtəsindən telefon alınan zaman Apple şirkətinin beynəlxalq zəmanətini, pulsuz texniki dəstək, pulsuz xidmət və təlim əldə etmək mümkün olacaq.

Apple şirkətinin Beynəlxalq zəmanətinə daxildir:

1.İstehsal qüsuru. Telefonda istehsal qüsuru yaranarsa, bu zaman telefon yenisi ilə əvəz olunacaq. Lakin telefonda fiziki zədə olduğu halda telefon beynəlxalq zəmanətdən çıxmış hesab olunacaq. 
2.Beynəlxalq zəmanətdən istənilən ölkədə pulsuz yararlanma hüququ. Xarici ölkəyə səfər etdiyiniz zaman cihazınızda hər hansı qüsur yaranarsa, bu zaman istənilən avtorizə olunmuş servisdə pulsuz servis xidmətindən istifadə edə biləcəksiniz.

Alma Store-un yeni xidməti ilə bağlı İT mütəxəssislər fikirlərini Xeberler.az-a bildirib.

Startapçı Orxan Əhmədov Store-un iPhone-ların satışına beynəlxalq zəmanət verməsini müsbət qiymətləndirib.

Orxan Əhmədov Alma Store-un məlumatına münasibət  bildirərkən deyib ki, bütün Apple istehsal avadanlıqları Çində  hazırlanır:

“ Buna görə Store-un rəsmi zəmanət və başqa adlarla öz yeni xidmətini dəyərləndirib qiymətləri qaldırması doğru deyil”.

Veb mütəxəssis Kamran Ata bildirib ki, Alma Store əvvəllər orginal telefonlar satmadığını etiraf edib: “Orginal deyil demək yalan olar. Mətbuatda daha çox “qeyri-rəsmi” ifadəsi işlənib. Bu ifadə də düz deyil zənnimcə, çünki bu ifadə qanundan kənar yol deməkdir. İstənilən yerdən alınan iPhone telefonun originallığını İMEİ kod ilə yoxlamaq mümkündür. Bu fəaliyyəti monopoliyadan başqa hal kimi görmək mümkün deyil. Yaxşı olardı ki, mobil operator səviyyəsində iş görərdilər. Amerikada olduğu kimi kimi müqavilələrlə telefon satardılar və  alıcılara əziyyət olmadan o telefonlar satılardı”.

Yeni xidmətdən sonra  iPhone-ların qiymətində artımla bağlı Store ilə əlaqə saxlamağa çalışsaq da mümkün olmadı. 

Alma Store şirkəti 2002-ci ildən etibarən Apple şirkətinin Azərbaycanda təmsil edir. Ölkəmizdə Apple rəsmi satış tarixi Mac.az Ltd şirkətinin 2002-ci ildə Apple yerli təkrar satış təşkilatçısı statusunu aldıqdan sonra başlayıb. 2006-cı ildə eyniadlı lövhə altında ilk mağazasını açıb , o da daha sonralar Alma Store ticarət nişanı əldə edib. Hazırda Alma Store-un paytaxt şəbəkəsinə dörd mağaza daxildir. Mağazaların dizaynı Apple Europe tərəfindən hazırlanıb və Apple Premium Reseller statusu alıb.

Məltəm Talıbzadə

 

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə