Ölkəmizdə nə qədər domen qeydiyyatdan keçib ?

31-08-2015 / 12:15

Azərbaycanda indiyədək 24 min 297 domen adı rəsmi qeydiyyatdan keçib.

Xeberler.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, ilin əvvəlindən 5 min 57 domen qeydiyyatdan keçirilib, 3 min 954 domen ləğv edilib. Nəticədə bu ilin birinci rübündə ölkədə xalis domen artımı 1103 domen təşkil edib.

Hazırda Azərbaycanda 22 min 521 (.az), 1069 (.com.az), 228 (.edu.az), 124 (.org.az), 91 (.co.az), 71 (.info.az), 77 (.net.az), 43 (.int.az), 35 (.pp.az), 25 (.biz.az), 12 (.name.az) və 1 (.pro.az) domeni qeydiyyatdan keçirilərək istifadə edilir.

(.az) domen zonasında bu ilin 8 ayında qeydiyyata alınan domenlərin sayı ötən ilin göstəricisindən 5 faiz çoxdur. Keçən ildə domen qeydiyyatı artımı 10 faiz təşkil edib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə