Ölkəmizdə təhsil almaq istəyən əcnəbilərlə Skype-la müsahibə götürülüb

08-10-2015 / 15:07

Azərbaycan Dövlət İqtisad Universitetinə(UNEC) əcnəbi tələbələr tərəfindən  85 elektron müraciət qəbul olunub.

Bu barədə Xeberler.az-a universitetin mətbuat xidmətindən məlumat verilib.

Universitetdən verilən məlumata görə, bu məqsədlə yaradılan rəsmi səhifə səhifəsi vasitəsi ilə edilən e-müraciətlərin hamısına baxılıb.

Müraciətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may, 2015-ci il tarixli, 125 saylı qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın tələblərinə əsasən yoxlanılıb.
 
Bundan sonra tələblərə cavab verən müraciətçilərlə Skype vasitəsilə onlayn müsahibələr təşkil olunub. Sonda UNEC-də təhsil almaları uyğun hesab edilən 51 nəfər seçilib.

Hazırda UNEC-də 225 əcnəbi tələbə təhsil alır.


 
Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə