Ölkəmizdə yeni internet-televiziya texnologiyası tətbiq edilir

17-08-2015 / 16:46

Azərbaycanda HTML5 texnologiyası əsasında işləyən yeni OTT (Over-The-Top) platforması işə başlayır. 

Xeberler.az trend-ə istinadən məlumat verir ki, yaxın bir həftə ərzində yeni OTT platformasından istifadə etmək mümkün olacaq. Platforma fərdi və planşet kompyuterlər, smartfonlar və müasir televiziya modellərinə uyğun gələcək.

Şirkətdən bildirilib ki, HTML5 texnologiyasının Adobe Flash lisenziyasına ehtiyacı olmadığından, istifadəçilər Smart-televizorların brauzerlərindən video kontentə baxa biləcəklər: “Bundan başqa, televiziya proqramlarının sayının artması, elektron televiziya bələdçisinin (EPG) xüsusiyyətlərinin tətbiq olunması, televiziya verilişlərinin yazılmasının mümkün olması, Youtube-da şəxsi kanalların yaradılması kimi yeniliklər olacaq”.

Hazırda xidmət Sumqayıtda kommersiya istismarına buraxılıb. Payızda xidmətdən Bakıda da istifadə etmək mümkün olacaq.

Aylıq abunə haqqı 7 manat təşkil edir. Ödəniş haqqında bildiriş abunəçilərə avtomatik göndərilir. Ödənişi onlayn (ott.az saytı) və ictimai yerlərdə quraşdırılan ödəniş terminalları vasitəsilə həyata keçirmək olacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə