Ölkənin ilk uşaq telekanalı ARB Günəş - 4 yaşında

01-04-2019 / 13:18

Aprelin 1-də ölkəmizin ilk uşaq televiziyası “ARB Günəş”in 4 yaşı tamam olur. Azyaşlı tamaşaçıların sevərək izlədiyi telekanal 2015-ci ildən fəaliyyətə başlayıb.

Xeberler.az  bildirir ki, televiziya 2015-ci ildən yayımını “Azerspace 1” peyki vasitəsilə həyata keçirir. “ARB Günəş”i kabel televiziyalarında, eləcə də internetdə onlayn izləmək mümkündür.

Televiziya azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edir. “Biz gələcəyik”, “Yuxunuz şirin olsun”, “Gəlin oynayaq”, “Xəbərdar ol”, “Mən məktəbli ikən”, “Kiçikdən - böyüyə” və digər verilişlərdə uşaqlara davranış, ünsiyyət qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, mütaliə vərdişləri öyrədilir. Proqramlarda istedadlı məktəblilər öz bacarıqlarını nümayiş etdirir, izləyicilərə uşaq aləmində baş verən ən son yeniliklər çatdırılır.

Ölkənin ilk uşaq kanalında dublyaj studiyası da fəaliyyət göstərir. Xarici dildə olan cizgi və animasiya filmləri ana dilimizə tərcümə olunaraq azyaşlı izləyicilərə təqdim edilir.

“ARB Günəş” “ARB Media Qrup”a daxil olan digər kanallar və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “Təhsil TV” ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində həmin televiziyaların istehsalı olan, tamaşaçı rəğbəti qazanan verilişlər “ARB Günəş”in efirində yayımlanır.

Hazırda televiziyanın texniki bazasının və yayım imkanlarının genişlənləndirilməsi istiqamətində işlər davam etdirilir. “ARB Günəş” gələcəkdə milli-mənəvi dəyərlərə söykənən, maarifləndirici, uşaq psixologiyasına müsbət təsir edən verilişlərin sayını artırmağı qarşıya məqsəd qoyub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə