Ölüm tarixini müəyyən edən superkompüter

20-09-2015 / 18:03

ABŞ-ın Boston şəhərində yerləşən “Beth Israel Deaconess Medical Center” tibb mərkəzində quraşdırılmış superkompüter tibbi məlumatlar əsasında xəstələrin ölüm tarixini 96 faiz ehtimalla öncədən proqnozlaşdırır. “Əgər kompüter sizə ölürsünüz deyirsə, deməli, növbəti 30 gün ərzində siz dünyadan köçəcəksiniz” - mərkəzin doktoru Stiv Xornq deyib.

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, sistem 30 il ərzində mərkəzə müraciət etmiş 250 min xəstə haqqında məlumatları özündə saxlayır və hər 3 dəqiqədən bir palatalardakı xəstələrin həyat fəaliyyətinin parametrlərini qeydə alır.

Lakin həkimlər superkompüterdən ölüm tarixinin öncədən xəbər verilməsi üçün istifadə etməyi planlaşdırmırlar, onun əsas təyinatı düzgün diaqnozun qoyulmasıdır. Sistem xəstələr barədə məlumatlara əsaslanaraq nadir xəstəlikləri aşkarlaya bilir.

Qeyd edək ki, superkompüter mərkəzdə istifadə edilən yeganə innovasiya deyil. Burada həkimlər pasiyentin xəstəlik tarixçəsini öyrənməyə imkan verən Google Glass reallıq eynəyindən istifadə edirlər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə