Ölümə aparan linklərlə mübarizə aparılır

11-07-2018 / 13:35

Ötən günlərdə WhatsApp vasitəsilə yayılan yalan xəbər Hindistanda 12 nəfərin ölümünə səbəb olub.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Facebook bu hadisə ilə bağlı Hindistandakı bütün qəzetlərə 10 maddəlik elan verib.

Belə ki, qəzetlərin birinci səhifəsində yerləşdirilən elanda Facebook WhatsApp üzərindən yayılan xəbər və məlumatlara inanılmamasını, paylaşmazdan əvvəl araşdırılmasını tövsiyə edir.

Xeber verdiyimiz kimi şirkət WhatsApp-da təhlükəsizliyi artırmaq üçün yeni funksiya üzərində işləyir və gətiriləcək bu xüsusiyyət ilə baş verənləri unutdurmağa çalışır.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.