On-line səsvermə sabah dayandırılacaq

21-12-2010 / 10:59

Azərbaycanda estrada janrında mahnı bəstələyən yaradıcı insanların əməyini qiymətləndirmək və peşəkarlıq səviyyəsini inkişaf etdirmək məqsədilə üçüncü ildir keçirilən “Bakı gecələri-2010” Estrada Mahnı Festivalının on-line səsverməsi dekabrın 21-də başa çatacaq.

Festivalda iştirak etmək üçün Təşkilat Komitəsinə ümumilikdə 54 bəstəkar və mahnı müəllifi, 63 şair və həvəskar söz yazarı, 25 aranjemançının ərsəyə gətirdiyi 100-ə yaxın mahnı təqdim olunub. 3 konsert proqramından ibarət seçim turunda Təşkilat Komitəsi tərəfindən seçilən 80 mahnı müğənnilərin ifasında səslənib və professional münsiflər heyəti tərəfindən sözlərinə, aranjemana, ifa tərzinə görə qiymətləndirilib. İlkin üç mərhələdə yüksək bal toplamış 20 əsər isə finala vəsiqə qazanıb.

Qeyd edək ki, “Bakı gecələri-2010” Estrada Mahnı Festivalının qala konserti dekabrın 23-də Heydər Əliyev Sarayında keçiriləcək. Həmin gün səslənən mahnılar “Qran-Pri” və 4 nominasiya üzrə mükafatlar uğrunda mübarizə aparacaq. Qala-konsertdə iştirak edən ifaçılar “Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı” adına layiq görüləcəklər.//lent.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə