“Onlayn kredit sifarişinin həcmi 42 milyonu keçib”

01-06-2015 / 14:23

Mayın   27-28-də  Park Inn-də xarici ölkə bank rəhbərlərinin də iştirakı ilə “Financial İnnovation Forum 2015” keçirildi. Tədbirin ilk günü Finans sektorundakı yeniliklərlə əlaqəli 4 debat baş tutub.

Xeberler.az-ın məlumatına  görə,  debatlarda yerli Standart Bank, Bank Technique, Beynelxalq Bank, Ansar Leasing və s. ilə yanaşı xarici şirkət rəhbərləri də iştirak edib.  Debatlardan ən yadda qalanı Azərbayncan Finans sektoru üçün də yenilik sayılan “İslam Bankçılığı” (yeni adı ilə Tərəfdaşlıq Bankçılığı) olub.  Belə ki, ənənəvi bankçılıqdan fərqlər müzakirə olunub, bəzi yerli bankların bu çərçivədə bəzi fəaliyyətlərə başladıqları ətrafında məlumatlar paylaşılıb.

Tədbirin ikinci günü  isə Startap layihələrə ayrılıb və 5 startap oz layihəsini dinləyicilər qarşısında təqdim edib.  Bunlar alkredit.az, bethclip, notify, xercim.az və SmartPlane layihələri olub.

Startap layihələrdən ən çox diqqət çəkən təqdimat bir müddətdir Finans sektoruna yenilik gətirmiş alkredit.az şirkəti olub.

Xalkredit.az saytı kreditləri müqayisə etmək və onlayn sifariş etmək imkanı yaradan saytdır. Şirkət öz təqdimatında ilk dəfə olaraq bu yarım ildəki onlayn kredit sifarişlərinin həcmini (42 mln manat), artiş trendini, sifarişçilərin yaş və maaş məbləğlərinə görə qrafiklərini (əlavədədir) açıqlayıb. Hazırda Kapital Bank, Bank of Baku, Unibank, Dəmirbank kimi 10-dan artıq bankla əməkdaşliq etdiklərini bildirdi və onlayn kredit sifarişini bazara gətirməklə istehlakçıların vərdişlərini dəyişdirdiklərindən danışıb. Artiq kredit sifariş etmək üçün banka getməyə ehtiyac olmadığını, alkredit.az saytına girərək 30 saniyədə sifariş etməyin mümkün olduğunu bildirdi.

Digər diqqət çəkən startap yerli mühəndislərin hazırladığı insansız uçan təyyarə olub.  SmartPlane adlı təyyarə artıq prototipləri hazırlanmış və sınaq uçuşları həyata keçirmiş layihədir və dünyaca məşhur kickstarter-də öz yatırımçılarını gözləyir.

Tədbirdə son olaraq startaplarla və investorların iştirakı ilə müzakirələr olub.  Hər iki tərəf problemlərdən və həlli yollarından danışıb, bu sferada riskin bir neçə startapa invest edərək azaldıla biləcəyi müzakirə olunub.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə